Qalmaqallı bəyanatın müəllifi haqda ilginc fakt

Qalmaqallı bəyanatın müəllifi haqda ilginc fakt
  25 İyun 2013    Oxunub:1702
Sevda Xurşudova – Qələndərova – Haqverdiyeva 3 dəfə soyad dəyişərək, Bakıda qanunsuz yaşayır
Qalmaqallı DADP partiyasının qalmaqallı bəyanatının müəllifi Sevda Xurşudova barədə redaksiyamıza ilginc məlumat daxil olub.

Belə ki, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Fatma Əliyeva Dövlət Miqrasiya Xidmətinə müraciət edərək bildirib ki, Gürcüstan vətəndaşı olan Sevda Qələndərova əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması qaydasını pozmaqla Bakıda yaşayır və ofis tutaraq qeyri-qanuni siyasi fəaliyyətlə məşğul olur.

Gürcüstan vətəndaşı olan Sevda Qələndərova bacısının Azərbaycan vətəndaşı olmasından istifadə edərək Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə almaq istəsə də, ona belə icazə verilməyib. Buna baxmayaraq, o, qanunsuz şəkildə Bakıda yaşamaqda davam edib.

2013-cü ilin əvvəlində Azərbaycandan deportasiya edilməsinə baxmayaraq, Sevda Qələndərova əvvəlcə Haqverdiyeva, sonra isə Xurşudova soyadları ilə yenidən Azərbaycana dönüb.

Qeyd edək ki, artıq Sevda Xurşudova və onun ətrafına toplaşan qrup DADP-dən qovulublar.

AzVision.az


Teqlər:  





Xəbər lenti