Sabahın havası

Sabahın havası
  25 İyun 2013    Oxunub:1206
Havanın temperaturu gecə 18-23, gündüz 28-33 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 28-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.

Əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh

Yaxın 2 gün ərzində respublikanın rayonlarında isti və əsasən yağmursuz hava şəraiti payızlıq dənli bitkilərin, meyvə və tərəvəzin məhsul yığımı, çoxillik otların biçini və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq. Mərkəzi aran rayonlarında isə əkinlərdə və bağlarda suvarmaların daha tez aparılmasına ehtiyac yaradacaq.

AzVision.az





Teqlər:  





Xəbər lenti