Fizuli Ələkbərov əməkdaşlıqdan danışıb

Fizuli Ələkbərov əməkdaşlıqdan danışıb
  25 İyun 2013    Oxunub:1187
Əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
İyunun 25-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenkonu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir Fizuli Ələkbərov ölkəmizdə davamlı sosial-iqtisadi inkişafa anil olunması istiqamətində möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət və onun uğurlu nəticələri barədə məlumat verib.

Respublikada əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahəsində beynəlxalq əməkdaşlıq müstəvisində görülən işlərdən söz açan nazir Fizuli Ələkbərov Dünya Bankı ilə birgə icra edilən «Sosial Müdafiənin İnkişafı» layihəsininbu sahədə xüsusi önəm kəsb etdiyini vurğulayıb, layihənin icrası sahəsində əldə olunan nailiyyətləri qeyd edib.

Larisa Leşçenko «Sosial Müdafiənin İnkişafı» Layihəsinin icrası nəticəsində əldə olunan nəticələrin praktiki icrasına Dünya Bankının dəstək verməyə hazır olduğunu bildirib. O, sosial yardım proqramları və digər fəaliyyət istiqamətlərindəki innovativ müasir yanaşmaları, sosial proqramlardan əldə edilən nəticələri yüksək qiymətləndirdiyini deyib.

Görüşdə layihənin icrasının hazırkı vəziyyəti və əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Məlumat üçün bildirək ki, «Sosial Müdafiənin İnkişafı» layihəsi Azərbaycan Hökumətinin həyata keçirdiyi sosial islahatlara və siyasətə dəstək vermək məqsədinə xidmət edir.

Layihənin hədəflərinə sosial müdafiə və əmək bazarı institutlarının inkişaf etdirilməsi və potensialının artırılması daxildir.

AzVision.az



Teqlər:





Xəbər lenti