Səfər Əbiyev: `Sülhün bərqərar olması mümkünsüzdür`

Səfər Əbiyev: `Sülhün bərqərar olması mümkünsüzdür`
  25 İyun 2013    Oxunub:1196
Hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyunun 25-də Böyük Britaniyanın müdafiə nazirinin müavini Endryu Marrisonu qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsinin zəruriliyi və bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Nazir qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı faktı davam etdikcə regionda sülhün bərqərar olması mümkünsüzdür.

AzVision.az


Teqlər:





Xəbər lenti