Müdafiə Nazirliyindən hərbi paradla bağlı açıqlama

Müdafiə Nazirliyindən hərbi paradla bağlı açıqlama
  25 İyun 2013    Oxunub:1071
Hərbi paradda 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə sabah Azadlıq meydanında keçiriləcək hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur. Bu barədə Müdafiə nazirliyin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilib.

Belə ki, paradda son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri, general-polkovnik Səfər Əbiyev verəcək.

AzVision.az



Teqlər:  





Xəbər lenti