Prezident birinci müavini qəbul edib

Prezident birinci müavini qəbul edib
  25 İyun 2013    Oxunub:1180
Ölkələrimizin BMT çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Böyük Britaniyanın Müdafiə Nazirliyinin Parlamentar Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə birinci müavini Endrü Morrisonu qəbul edib.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin BMT çərçivəsində əməkdaşlığının önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibindəki uğurlu fəaliyyəti və ölkəmizin Beynəlxalq Yardım Qüvvələrinə verdiyi töhfə yüksək qiymətləndirildi, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olundu.

AzVision.az


Teqlər:  





Xəbər lenti