Əlil və şəhid ailələrinə verilən mənzillərin sayı 10 dəfə artıb

Əlil və şəhid ailələrinə verilən mənzillərin  sayı 10 dəfə artıb
  25 İyun 2013    Oxunub:1139
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə 2004-2012-ci illərdə 4 mindən çox mənzil inşa olunaraq əlil və şəhid ailələrinə təqdim edilib.
Ümumilikdə, bu vaxta qədər 5 minə yaxın əlil və şəhid ailəsi mənzillə təmin olunub. O cümlədən kənd rayonlarında həyətyanı sahəsi olan 750-dək fərdi ev inşa etdirilərək müharibə əlillərinə verilib.
Qeyd edək ki, ölkə rəhbərinin müvafiq tapşırığına əsasən, əlil və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib. Əgər 1997-2007-ci illərdə, yəni on il müddətində 2200-ə yaxın mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilibsə, son 5 ilə yaxın müddətdə bu rəqəm 5 minə çatdırılıb. Başqa sözlə, 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artıb. Belə ki, hazırda hər il orta hesabla 700-dən çox mənzil inşa olunaraq, müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilir.
Eyni zamanda, son illərdə çoxmənzilli binaların inşasına xüsusi diqqət yetirilir. Əgər əvvəllərdə əksərən ikimərtəbəli 16 və 4 mərtəbəli 36 mənzilli binalar inşa olunurdusa, son illərdə 9 mərtəbəli 81 mənzilli və 12 mərtəbəli 96 mənzilli binaların inşası da geniş vüsət alır.

AzVision.az


Teqlər:  





Xəbər lenti