Kəmaləddin Heydərov koreyalılarla görşüb

Kəmaləddin Heydərov koreyalılarla görşüb
  26 İyun 2013    Oxunub:1250
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Koreya Respublikasının Milli Assambleyasının üzvü, Məhkəmə Sistemində İslahat üzrə Xüsusi Komitənin sədri Çoi Suk-İnin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzVision.az xəbər veriri ki, nazir görüş zamanı qonaqlara Azərbaycanda fövqəladə halların idarə olunması sahəsində görülən tədbirlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Nazir, həmçinin, təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması və nəticələrinin birgə aradan qaldırılması üzrə hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Cənab Çoi Suk-İn də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti