Edvard Nalbandyanını böhtan və qərəzli çıxışı pislənilib

Edvard Nalbandyanını böhtan və qərəzli çıxışı pislənilib
  26 İyun 2013    Oxunub:1084
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının ikinci iş günündə qurumun Monitorinq Komitəsinin iclası keçirilib.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə açıqlamasında qeyd edib ki, Komitənin toplantısında Azərbaycan üzrə həmməruzəçilər Pedro Aqramunt və Cozef Debono Qrex ölkəmizə səfərləri barədə məlumat verib və Komitə üzvləri bu səfəri müzakirə ediblər: "Nümayəndə heyətinin rəhbəri kimi müzakirə olunan məsələyə münasibət bildirdim".

S.Seyidov, habelə iclasdakı çıxışında Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın sessiyanın ilk günü ölkəmiz barədə söylədiyi böhtan dolu və qərəzli fikirlərdən ətraflı bəhs etdiyini qeyd edib:

"İclasdakı çıxışımda, habelə AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın sessiyanın ilk günü ölkəmiz baradə söylədiyi böhtan dolu və qərəzli fikirlərindən də ətraflı bəhs etdim. Qeyd etmək istərdim ki, Azərbaycan nümayəndə heyəti nazirin Assambleyada çıxış etdiyi günü Avropa Şurası üçün bağışlanmaz bir hal kimi hesab edir. Ona görə ki, Nazirlər Komitəsinin sədri kimi yüksək vəzifədən istifadə edərək Ermənistana məxsus yalan ideyalarını bu mötəbər təşkilatda yaymaq və bununla da deputatlarda yanlış fikir yaratmağa cəhd göstərirdi. Əslində, bu, birbaşa Azərbaycana qarşı açıq təxribat kimi qiymətləndirilməlidir".

Nümayəndə heyətinin sədri onu da əlavə edib ki, Komitə üzvlərinin əksəriyyəti erməni nazirin dünənki çıxışını təxribat xarakterli çıxış kimi dəyərləndirdilər və E.Nalbandyanın bu formada çıxış etməsini Avropa Şurasının qəbulolunmaz davranış forması kimi diqqətə çatdırdılar. Bundan əlavə, onlar Azərbaycan nümayəndə heyətinin bu cür təxribat xarakterli çıxışlara uymayaraq təmkinlik göstərməsini də qeyd ediblər.(trend)


Teqlər:





Xəbər lenti