Vasif Talıbov fərman verdi

 Vasif Talıbov  fərman verdi
  26 İyun 2013    Oxunub:1119
“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının təsis edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fərman verib.
Fərmanda bildirilir :
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddə­sinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının “Naxçıvan Muxtar Respubli­ka­sına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları təsis edilsin.
2. “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanının Əsasnaməsi və təsviri təsdiq edilsin.
3. “Rəşadətli əməyə görə” nişanının Əsasnaməsi və təsviri təsdiq edilsin.
4. “Naxçıvan Muxtar Respublikası nişanının vəsiqəsinin nümunəsi” təsdiq edilsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti