`Üzən məzənnə özünü doğrultdu` - Mərkəzi Bankın sədri

`Üzən məzənnə özünü doğrultdu` - Mərkəzi Bankın sədri
  02 Mart 2016    Oxunub:5112
`Azərbaycanda milli valyutanın üzən məzənnə rejiminə keçidi özünü doğrultdu`.
AzVision.az -ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, daxili bazarda valyuta intervensiyası mövcud qrafik əsasında həyata keçirlirş.

Baş bankir ölkədəki kommersiya banklarının cari tələbata uyğun həcmdə valyuta aldığını da açıqlayıb: “Banklarda aparılan sorğular onu göstərir ki, banklar demək olar ki, tələbatlarına uyğun valyuta əldə edir. Gördüyünüz kimi, burada başqa proses getmir. Bu gün də hərrac var və biz lazım olan qədər valyutanı hərraca çıxaracağıq. Onu da qeyd edim ki, AMB valyuta təchizatçısı deyil, requlyatordur. İşimiz manatın kəskin ucuzlaşmasının qarşısını almaqdır”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti