Əsgər yoldaşını ehtiyatsızlıqdan öldürdü

Əsgər yoldaşını ehtiyatsızlıqdan öldürdü
  20 İyul 2013    Oxunub:1594
Ş. Cəfərov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Azərbaycan Ordusunun əsgəri hərbiçi yoldaşını gülləyib.

Məlumata görə, hadisə Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Milli Ordunun əsgəri, 1992-ci il təvəllüdlü Anar Bayram oğlu İbrahimov posta olarkən tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun hərbçi yoldaşı, 1994-cü il təvəllüdlü əsgər Şamxal Vüqar oğlu Cəfərova dəyib. Nəticədə Ş. Cəfərov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən bildiriblər ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti