Ərdoğan Misir hökümətini terrorist adlandırdı

Ərdoğan Misir hökümətini terrorist adlandırdı
  18 Avqust 2013    Oxunub:1172
`Biz düşünməməliyik ki, dağıntılar altında qalanlarını xilas etməliyik. Biz düşünməliyik ki, zəlzələ zamanı dağıntıların altında ümumiyyətlə qalanlar olmasın`
AzVision.az `Anadolu` agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misirdəki son durumu şərh edərkən bildirib.

Ərdoğan vurğulayıb ki, Misirdə hazırda terror əməli törədilir. Və ölkə əhalisi iki hissəyə bölünüb: Mursinin izi ilə gedənlər və fironun izi ilə gedənlər.

`Misirdə vətəndaşlara qarşı törədilən terrordan sonra 16 milyard dollar hökümətə yardım olunur. Bu rəqəmlər onu göstərir ki, Misirdə hadisələrin törədilməsində əli olanlar, sonradan bu yardımı edənlərdir`.

Ərdoğan qeyd edib ki, `Mursinin devrildiyi zaman hökümət dairələrində oturanlar onun davamçıları idi. Bunu necə inkar edəcəksiniz? `

`Hüç kimin haqqının tapdalanmasına, demokratiyanın tərəfdarı olan Misir xalqının hüquqlarının pozulmasına heç bir şəraitdə imkan vermərik. Biz buna göz yummayacağıq`, deyə baş nazir əlavə edib.

Mirvari




Teqlər:





Xəbər lenti