Bakıda ödənişsiz parklanma yerlərinin sayı artırılıb

"Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. 4-cü zonaya daxil olan daha bir neçə məntəqə Səbail və Suraxanı rayonlarında təşkil edilib. Belə ki, Bayıl qəsəbəsində, Abbasqulu Abbaszadə və Cəlal Qurbanov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir", - AYNA qeyd edir.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.
Parklanmanın düzgün idarəedilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.
AzVision.az
Teqlər: