37 ildən sonra ilk - Sahara səhrasına qar yağdı

37 ildən sonra ilk - Sahara səhrasına qar yağdı
  21 Dekabr 2016    Oxunub:3842
Əlcəzairdə dünyanın ən böyük səhrası sayılan Saharaya son 37 il ərzində ilk dəfə qar yağıb.
AzVision.az-ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, qar Ayn-Səfra şəhərinə yağıb.

Qarlı səhra görüntüləri həvəskar fotoqraf Kərim Buşetata tərəfindən çəkilib. O, 2013-cü ildən bəri ilk dəfə olaraq Saharada qar gördüyünü və yerli sakinlərin təəccüb içində olduğunu qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti