Bakıya yeni avtobuslar gətirilir

 Bakıya yeni avtobuslar gətirilir
  21 Avqust 2013    Oxunub:1901
Sərnişinlərə şad xəbər. Artıq sərnişinlər avtobuslardan istifadə zamanı əvvələr olduğu kimi bayağı musiqini eşitməyəcəklər.
Belə ki, sərnişin daşıma ilə məşğul olan avtobuslara yeni monitorlar quraşdırılıb. Quraşdırılan monitorlar vasitəsi ilə isə indi sərnişinlər avtobusda yol gedən zaman belə istənilən informasiya ala və ya kinoya baxmaq imkanı qazanacaq. Qeyd edək ki, Bakıya gətirilən 61-65 saylı xətt üzrə işləyən 50 yaxın avtobusa artıq bu monitorlar quraşdırılıb. Qeyd edək ki, "Xaliq-Faiq oğlu" MMC tərəfindən quraşdırılan bu monitorlar həm sərnişinlərə mədəni xidmət göstərmək imkanı verəcək, həm də sərnişinlərin təhlükəsizliyini təmin edəcək.

Belə ki, quraşdırılan yeni monitorlar sərnişinlərə istənilən informasiyanı əldə etmək imkanı verməklə yanaşı avtobusların təmiz saxlanması, dayanacaqların yeri və ya sürücü təhlükəli sürərərsə kimə müraciət etmələri haqqında belə məlumat vermək imkanına malikdir. Avtobuslarda tətbiq olunan bu yenilik həm sərnişinlər, həm də sürücülər tərəfindən yüksək qiymətləndirilir.

"Xaliq-Faiq oğlu" MMC-nin nümayəndəsi Füzuli Sadıqov isə avtobuslara quraşdırılan istər monitor, istərsə də kameraların sərnişinlərə mədəni xidmət göstərmək, eyni zamanda onların təhlükəsizliyini təmin etmək üçün quraşdırıldığını deyir. Həmçinin şirkət nümayəndəsi yanvar ayından həmin xətt üzrə hərəkət edən avtobuslarada yeni kart sisteminin də tətbiq ediləcəyini bildirdi.

Qeyd edək ki, artıq bu xətt üzrə işləyən avtobusların əksəriyyətində kart sistemi quraşdırılıb. Hazırda Nəqliyyət Nazirliyi tərəfindən həmin kartların sınağı həyata keçirilir. Gələcəkdə sərnişindaşıma ilə məşğul olan əksər avtobuslarda bu cür monitorlar və kameraların quraşdırılacağı da gözlənilir. Quraşdırılan monitorlarda isə daha bir yenilik odur ki, marşrut xəttinin hərəkət sxemi də göstəriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti