“ABŞ dünya müharibəsinə başlamaq istəyir”

“ABŞ dünya müharibəsinə başlamaq istəyir”
  25 Avqust 2013    Oxunub:1126
Venesuela prezidenti Nikolas Maduro Amerikanı yeni dünya müharibəsini başlamaqda ittiham edib. Prezident rəsmi Vaşinqtonun Suriyadakı hadisələrə müdaxiləsini sərt tənqid edib.
Amerikanın ərəb dünyasına və Suriyaya təzyiq göstərdiyini, Suriyanı dörd hissəyə bölmək istədiyini deyən Maduronun sözlərinə görə, hazırda bütün dünya mətbuatı Suriya rəhbərliyini sərt tənqid edir, nəticədə biz Suriyaya qarşı açıq müharibənin astanasındayıq ancaq Venesuela Suriya xalqına göstərdiyi dəstəyini əsirgəməyəcək.

Maduro ərəb ölkələrində sülhün bərqərar olması üçün Cənubi Amerika ölkələri Birliyi və Birləşmiş Millətlər Təşkilatına müraciət etmək niyyətindədir. Maduro həmçinin minlərlə insanın ölümü ilə nəticələnən kimyəvi silahların yardımı ilə həyata keçirilən son “terror hücumları” ilə bağlı başsağlığı verib və bu hadisəni pisləyib.

Venesuela prezidentinin Amerikanın ünvanına səsləndirdiyi sərt ittihamların səbəbi rəsmi Pentaqonun bu gün səsləndirdiyi “əgər prezident Barak Obama güc variantını seçsə, ABŞ ordusu Suriyada hərbi əməliyyat keçirməyə hazırdır” bəyənatı olub. ABŞ-ın müdafiə naziri Çak Heygelin sözlərinə görə, amerikan ordusu Suriya probleminin həlli üçün hərbi gücün müxtəlif variantlarından istifadə edə bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti