Ağ ciyər və böyrəkləri sıradan çıxaran virus yayılır

Ağ ciyər və böyrəkləri sıradan çıxaran virus yayılır
  26 Avqust 2013    Oxunub:2849
Səudiyyə Ərəbistanında "Korona" virusundan ölənlərin sayı 41-ə yüksəlib.
Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda virusu daşıyanların sayı 82-yə çatıb. Ölkədə bu virusa əsasən Ahsa, Bisə və Taif bölgələrində rast gəlinir. Qeyd edək ki,"sars" virusları sinfinə daxil olan korona özünü kəskin öskürək və yüksək temperatur şəklində biruzə verir.

O, ağ ciyər və böyrəkləri sıradan çıxarır. Virusun yayılmasının qarşısını almaq üçün aparılan bütün araşdırmalar isə hələki nəticəsiz qalıb.

Qeyd edək ki, 2003-cü ildə Asiya qitəsinin qorxulu yuxusuna çevrilən" sars" virusu800 nəfərin həyatına son qoymuşdu.

Səbinə


Teqlər:  





Xəbər lenti