Amerika BMT-ni dinləyirmiş

Amerika BMT-ni dinləyirmiş
  26 Avqust 2013    Oxunub:1263
Almaniyanın “Der Spigel” jurnalının yayımladığı sənədlərdə iddia olunur ki, ABŞ Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York mərkəzindəki danışıqları dinləyirmiş.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika Milli Təhlükəsizlik Agentliyi (NSA) qanunla qadağan olunduğu halda BMT-nin Nyu-Yorkdakı mərkəzini dinləyib. Bundan başqa NSA ABŞ-ın səfirliyi və konsulluğu olan 80 ölkədə gizli dinləmə sistemləri qurub“.

Der Spigel” iddialarında keçmiş FTB agenti Edvard Snoudenin verdiyi sənədlərə əsaslanır. Sənədlərdə yer alan məlumatlara əsasən, 2012-ci ilin yayında NSA Birləşmiş Millətlər Təşkilatının videokonfrans sisteminin şifrəsini qırmağa müvəffəq olub. Üç həftəlik qısa müddət ərzində dinlənilən xbər sayı 12-dən 458-ə qədər artıb.

Fatimə



Teqlər:





Xəbər lenti