Aprel döyüşlərinin siyasi nəticələri - VİDEOŞƏRH

Aprel döyüşlərinin siyasi nəticələri -  VİDEOŞƏRH
  01 Aprel 2017    Oxunub:26858
Tariximizin şanlı səhifələrindən olan aprel döyüşlərindən 1 il ötür. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan və ayın 5-də Moskvada atəşkəs razılaşmasının imzalanmasına qədər davam edən döyüşlərdə Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızın bir hissəsini, strateji məntəqələri azad edib.

Hərbi əməliyyatlar zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib. Düşmənin 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb. Dördgünlük müharibədən sonra münaqişənin həlli istiqamətində danışıqlar intensivləşsə də, təəssüf ki, Dağlıq Qarabağ problemi hələ də həll olunmamış qalır. Bununla belə aprel döyüşləri Azərbaycana ciddi siyasi dvidentlər gətirib.

Birinci, aprel döyüşləri Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı yaranmış mifi darmadağın etdi.

İkinci, bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

Üçüncü, aprel döyüşləri Ermənistanı himayə edən dövlətlərə münaqişənin dondurulmuş olmadığını sübut etdi.

Dördüncü, aprel döyüşləri bizim tarixi uğurumuzdur və Ermənistan bunu həzm etmək məcburiyyətində qaldı.

Tanınmış siyasətçilər aprel döyüşlərinin nəticələrini AzVision.az-a şərh ediblər:



Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov/Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Apreldöyüşü   Ermənistan   Azərbaycan  





Xəbər lenti