Simonyan: “Sarkisyanın tənqidi hakimiyyətin xeyrinədir”

      Simonyan:    “Sarkisyanın tənqidi hakimiyyətin xeyrinədir”
  15 Aprel 2025    Oxunub:404
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan hakim “Vətəndaş Müqaviləsi” partiyası haqqında pis fikirlər söyləyəndə sonuncunun reytinqi ancaq yüksəlir.
AzVision.az xəbər verir ki, jurnalistlərə belə deyən Ermənistan parlamentinin sədri Alen Simonyan Sarkisyanı hətta növbəti seçkilərdə iştiraka da dəvət edib.

“Qoy Sarkisyan kampaniyada və debatlarda iştirak etsin”, - Simonyan bildirib.

Parlament müxalifətinin, xüsusən də Serj Sarkisyanın hazırkı hakimiyyətin nümayəndələri haqqında danışarkən işlətməyi sevdiyi “təslimçilər” sözünə gəlincə, Simonyan deyib: “Belə olan halda Serj Sarkisyan “səfildir”. Onun hakimiyyəti dövründə ordu 80-ci illərin silahları ilə təchiz edilmişdi. Eyni zamanda, onlar özləri çətin yollar üçün nəzərdə tutulmuş 2007-ci ildə buraxılan avtomobillərdə gəzirdilər və malikanələrdə yaşayırdılar. Ona görə də, yaxşısı budur ki, danışsın. O, bizə bundan da çox fayda gətirə bilməz”.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Simonyan   Sarkisyan   tənqid  





Xəbər lenti