Dövlət Komitəsində vətəndaş qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaş qəbulu keçirilib
  15 Aprel 2025    Oxunub:388
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 15-də vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Bu barədə AzVision.az -a komitədən məlumat verilib.

Bildirilib ki, vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub.

Qəbul zamanı məcburi köçkün olan vətəndaşların bütün müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti