ABŞ Harvard Universitetinin 2,2 milyardını kəsib

   ABŞ Harvard Universitetinin 2,2 milyardını kəsib
  16 Aprel 2025    Oxunub:393
ABŞ hökuməti Harvard Universitetinə ayrılmış milyardlarla dollar məbləğində maliyyəni dondurub.
AzVision.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ümumilikdə Harvard Universitetinə ayrılmış 2,2 milyard ABŞ dolları dəyərində çoxillik qrantların və 60 milyon dollar dəyərində dövlət müqavilələrinin maliyyələşdirilməsini dayandırıb. Belə ki, universitet hökumətin bir sıra tələblərini yerinə yetirməkdən imtina edib.

Məlum olub ki, universitet xarici tələbələrin davranış kodeksini pozmaları barədə federal orqanlara məlumat verməli, tələbə, müəllim və işçilərin “baxış bucaqlarının müxtəlifliyi”nin qiymətləndirilməsi üçün yoxlama aparmalı, müxtəliflik meyarlarına əsasən tələbə qəbuluna və işə qəbul prosesinə son qoymalıdır. Öz növbəsində Harvard rəhbərliyi daha əvvəl bu tələbləri rədd edib.

AzVision.az






Teqlər:





Xəbər lenti