Qeyd edilib ki, canlı qüvvə ilə yanaşı, bir tank, bir zirehli transportyor, iki döyüş zirehli texnikası, 13 avtomobil, iki HİMARS reaktiv yaylım atəşi sistemi, bir nəqliyyat-yükləmə maşını və bir müşayiət maşını, həmçinin iki artilleriya qurğusu, bir minaatan məhv edilib.
![]() |
Kurskda öldürülən muzdluların sayı açıqlandı |
Nazirliyin uğurlu əməliyyat statistikasında 2270 zirehli döyüş maşını, 2717 avtomobil, 612 artilleriya qurğusu, 57 reaktiv yaylım atəş sistemi, o cümlədən ABŞ istehsalı olan 15 HIMARS və 7 MLRS, 26 zenit-raket kompleksi, 10 nəqliyyat- yükləmə stansiyası, 132 REB stansiyası və bir komanda-qərargah maşını da yer alıb.
Bundan əvvəl Rusiya mediası Kurskda öldürülmüş muzdlu döyüşçülərin sayı ilə bağlı məlumat yaymışdı. “İdi i smotri” Telegram kanalı iddia edib ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) Kursk vilayətinə hərbi müdaxiləsi başlayandan bəri Kiyev tərəfində döyüşən 4,7 mindən çox xarici muzdlu məhv edilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az