Lavrov: "NATO ləğv edilməlidir"

      Lavrov:    "NATO ləğv edilməlidir"
  14 Aprel 2025    Oxunub:1053
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov SSRİ-nin dağılmasından sonra aktuallığını itirmiş NATO-nun “buraxılmalı olduğunu” bildirib.
AzVision.az xəbər verir ki, Lavrovun fikrincə, Şərq blokunun yoxa çıxması Şimal Atlantika Alyansının qarşıdurma üçün yaradılması təhdidini aradan qaldırıb və bununla da əvvəlki siyasi sistem çöküb.

“Bu baxımdan, NATO hələ onda ləğv edilməli idi. Lakin o, nəinki qaldı, həm də özünü təhlükəsizlik təminatlarını verməyə qadir olan yeganə təşkilat elan etdi”, - Rusiya XİN-in başçısı deyib.

Belə siyasəti uğursuz adlandıran Sergey Lavrov blokun ləğvi məsələsinin açıq qaldığını iddia edib. NATO-nun və ATƏT-in sabitliyi və təhlükəsizliyi təmin edə bilmədiyinə diqqət çəkən rusiyalı nazir Alyansı təhlükəsizlik nəzarətinin faydalarını inhisara almaq istəyən qüvvələr tərəfindən manipulyasiya etməkdə günahlandırıb.

- Onların hərəkətlərinin nəticəsi gərginliyin artması və Avropanın, o cümlədən Almaniyanın hərbiləşdirilməsidir. NATO-nun səyləri yeni münaqişəyə hazırlığa yönəlib, Almaniya, Fransa və Böyük Britaniya bunda aparıcı rol oynayırlar”, - Lavrov bildirib.

Rusiya XİN-in başçısı həmçinin NATO-nu “vicdanla verilən vədləri yerinə yetirməməkdə” günahlandırıb. O, Şimali Atlantika Alyansının liderlərinin Mixail Qorbaçovu, sonra isə Boris Yeltsini blokun şərqə doğru genişlənməyəcəyinə necə inandırdıqlarını xatırladıb. Bu zaman yazılı təminat verilməyib.

Sergey Lavrov qeyd edib ki, buna heç ehtiyac da yox idi. Çünki Rusiyada 17-18-ci əsrlərdən bəri insanlar heç bir müqavilə imzalamadan vacib bir şey haqqında razılığa gəlirdilər: “sadəcə olaraq öz vicdan sözünü verirdilər və sövdələşməni əl sıxmaqla möhürləyirdilər və bu, heç vaxt pozulmurdu”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Lavrov   NATO   ləğv  





Xəbər lenti