Səyyar ASAN xidmət Zaqatalada

Səyyar ASAN xidmət Zaqatalada
  16 Aprel 2025    Oxunub:322
Səyyar ASAN xidmət avtobusu cari ilin 3 aprel tarixindən Zaqatala rayonu, Nizami Gəncəvi küçəsi 10 ünvanında vətəndaşlara xidmət göstərir.
Zaqatala rayonunda ümumilikdə, 49 dəfə Səyyar ASAN xidmət avtobusu vasitəsilə səyyar xidmət gerçəkləşib. Bu dövr ərzində 142.000-dən çox vətəndaş müraciəti daxil olub.

“Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanının aidiyyəti hissələrinin icrası ilə əlaqədar isə 2022-ci ilin 6 yanvar tarixindən Zaqatala rayonunda Səyyar ASAN xidmət avtobusuna 45 mindən çox vətəndaş müraciəti daxil olub.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyondan çox, 2025-ci il ərzində isə 40 mindən çox vətəndaş müraciəti daxil olub.

Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus vasitəsilə əhaliyə səyyar formada xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti