İranda ilk qadın səfir olacaq

İranda ilk qadın səfir olacaq
  28 Avqust 2013    Oxunub:996
İran tarixində ilk dəfə olaraq qadın səfir təyin olunacaq.
AzVision.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif qadın səfir təyin etməyi planlaşdırır, amma son qərar bu həftə müəyyən olunacaq. Qadın səfirin hansı ölkəyə gedəcəyi barədə məlumat verilməyib. Bundan başqa, nazirliyin yeni mətbuat katibi postuna da qadın namizədin təyin olunması məsələsinə baxılır.

Qeyd edək ki, İranda yüksək dövlət postlarına qadınları təyin etməyə ölkənin yeni prezidenti Həsən Ruhani çağırıb. Bir sıra kadr qərarlarını məhz o özü qəbul edib. Belə ki, Ruhani Qlazqo universitetində elmlər doktoru dərəcəsi almış Elham Əminzadəni hüquq məsələləri üzrə vitse-prezident təyin edib. Bundan başqa, qadın məsələləri üzrə prezidentin məsləhətçisi də qadın təyin olunub.

Xatırladaq ki, İranın əvvəlki prezidenti Mahmud Əhmədinejadın dövründə yalnız bir qadın yüksək dövlət vəzifəsi tutmuşdu. O, 2009-2012-ci illərdə səhiyyə naziri idi.

AzVision.az


Teqlər:





Xəbər lenti