34 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə təşkil edəcək.
Rayonlarda avqustun 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə böyük dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
AzVision.az