ABŞ-da göz-gözü görmür - VİDEO

ABŞ-da göz-gözü görmür - VİDEO
  29 Avqust 2013    Oxunub:1108
Amerika Birləşmiş Ştatlarının Feniks şəhərində qum fırtınası həyatı iflic edib.
100 metr hündürlüyü olan burulğan bir neçə dəqiqə ərzində şəhəri zülmətə qərq edib. Fırtına zamanı nəinki günəşi heç yaxın məsafədən göz-gözü görməyib. Çöldə olan sakinlər əlləri ilə ətrafdakı əşayalara toxunaraq yolu müəyyən edə bilib.

Küləyin sürətinin 30 metrə çatması vəziyyəti bir qədər də çətinləşdirib. Yüksək gərginlikli elektrik naqilləri qırılıb. 20 min evə elektrik enerjisinin verilməsi dayandırılıb. Hava limanında bütün reyslər təxirə salınıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti