İbrahimbəyovun şikayətinə sabah baxılacaq
`Günün birinci yarısında Rüstəm İbrahimbəyovun adından MSK-ya qarşı həmin qurumun qərarının ləğvi barədə iddia ərizəsini Bakı Apellyasiya Məhkəməsinə göndərdim. Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin hakimi Hilal Xəlilovun katibi mənə telefonla məlumat verdi ki, iddiaya adıçəkilən hakimin sədrlik etdiyi məhkəmə tərkibi sabah saat 17.00-da baxacaq`.
Qeyd edək ki, MSK, Azərbaycan Konstitutsiyasının tələblərinə əsasən ikili vətəndaşlığı olduğuna görə Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almayıb. Vəkil Fuad Ağayev MSK-nın qərarı ilə razılaşmayan İbrahimbəyovun Apelyasiya məhkəməsinə şikayət edəcəyini bildirib.
Nihadə Eyyubova