`Milli Şuranın ajiotajı sabun köpüyü kimi partlayır`
Bu sözləri millət vəkili, Bakı Dövlət Universitetinin professoru Kamilə Əliyeva Milli Şuranın London səfərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Milli Şuranın liderləri simasında radikal müxalifət həyata keçirdikləri bütün səfər və toplantılarının dünya ictimaiyyəti tərəfindən dəstəklənən bir hadisə kimi təqdim etməyə çalışırlar : `Lakin hər dəfə Mili Şuranın ajiotajı sabun köpüyü kimi partlayır.
Bu baxımdan Kəmalə Əliyeva radikal müxalifəti baş verənlərdən dərs götürmək, nəticə çıxarmaq, xaricdən dəstək axtarmağa son qoymağa çağırır. Onun fikrincə, hakimiyyətin rəqibləri seçicilərini xaricdə yox,xalq arasında axtarmalıdırlar.
` Nə qədər ki, radikal müxalifət xaricdə,orda-burda tərəfdar axtarır, Milli Şura uçuruma gedir. Belə hərəkətlərlə cüzi dəstək də qazana bilməyəcəklər. 9 oktyabr seçkiləri müxalifətin radikal qanadının uğursuzluğunun sübutu olacaq. YAP Milli Şuranın atdığı bu addımlardan narahat deyil. Azərbaycanın hakim siyasi komandası hər zaman öz dəstəyini xalq arasında axtarır və tapır`.
AzVision.az