ARDNŞ cinsi zorakılıq problemini həll etdi

ARDNŞ cinsi zorakılıq problemini həll etdi
  30 Avqust 2013    Oxunub:1005
“Neft sektorunda çalışan qadınlara qarşı cinsi təhriklə bağlı təşkilatımıza daxil olmuş şikayətlərin araşdırılması üçün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevinin tapşırığı ilə yoxlama aparılıb”.
Bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

M.Qəhrəmanlı bildirib ki, faktla bağlı mətbuata məlumat veriləndən sonra həmin qadınlar müxtəlif bəhanələrlə işdən çıxarılmışdı. Lakin komissiya məsələni araşdıraraq qadınların xeyrinə qərar çıxarıb: “ARDNŞ prezidenti Rövnəq Abdullayev özü problemi diqqətdə saxlayıb. Nəticədə şikayət etdiyi üçün işdən çıxarılan qadınlar yenidən işlərinə bərpa ediliblər”.

M.Qəhrəmanlı qeyd etdi ki, şirkət rəhbərliyi qadınların şikayətini dinləyib: “Bizə daxil olan məlumata görə, artıq bəzi idarə və müəssisə rəhbəri məsələdən özünə dərs götürüb”.

Qeyd edək ki, neft sektorunda qadınlara qarşı cinsi təhrik məlumatını ilk olaraq virtualaz.org saytı yaymışdı. ( virtualaz.org)


Teqlər:





Xəbər lenti