XİN Zeynəb Xanlarovaya viza verilməməsinə aydınlıq gətirib
Elman Abdullayev deyib ki, hər bir ölkənin konsulluğu həyata keçirir: “Azərbaycan vətəndaşı o ölkənin qoyduğu kriteriyadan keçmirsə, ona viza verməkdən imtina olunur. Ancaq son zamanlar bir çox ölkələr tərəfindən Azərbaycan vətəndaşlarına viza verilməsinin uzadılması xəbərləri bizə də çatır. Azərbaycan heç bir ölkənin viza verib-verməməsi məsələsinə qarışa bilməz, digər ölkələr də Azərbaycanın kiməsə viza verib-verməməsinə qarışa bilməz”.
Elman Abdullayev buna görə Avropa Birliyi ilə Azərbaycan arasında viza sadələşdirilməsi ilə bağlı müzakirələrin aparıldığını da söyləyib: “ ABŞ tərəfindən vətəndaşlarımıza viza verilməsinin uzadılması məsələsini də eşitmişik. Azərbaycan tərəfindən vizalar tez və qısa müddətdə verilir. Biz Azərbaycana xarici vətəndaşların çox gəlməsində maraqlıyıq. Ancaq hər hansı xarici ölkəyə səfər etmək istəyən vətəndaşlarımız belə əngəllərlə üzləşdikdə, hansısa kriteriyalara əməl etməyiblərsə, o kriteriyaları yerinə yetirsinlər. Əks halda, bu məsələni sərt şəkildə o ölkənin qarşısında qaldırsınlar. Vətəndaşlarımız bütün mərhələləri keçibsə, kriteriyalar yerinə yetirilibsə, vizalar verilməlidir”.
Teqlər: