Prezident Saatlıya səfər edib
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə məlumat verib ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında genişmiqyaslı abadlıq işləri görülmüş, yeni yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılıb. Ümumi sahəsi 5,6 hektar olan parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
İlham Əliyev səfəri çərçivəsində Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak edib.
AzVision.az