Namazov sentyabrın 2-də yenidən Baş Prokurorluğa gedəcək
` Hələlik cinayət işinin açıldığını demədilər. Mənə bildirildi ki, Əflan İbrahimovun bəyanatı ilə bağlı araşdırmalara başlanıb. Mən orada başqa şəxslər görürdüm. Ancaq həmin şəxslərin ora nəyə görə dəvət edildiyi mənə bəlli olmadı`.
`Yeni Müsavat`ın əməkdaşı məsələ ilə bağlı Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdan da açıqlama alıb. Onun sözlərinə görə, hələlik prosesə Eldar Namazovla yanaşı digər şəxsləri də dəvət edilməsi ilə bağlı mediada gedən xəbərlər dəqiq deyil: “Əflan İbrahimovun dedikləri ilə bağlı araşdırmalar davam edir. Ancaq indidən araşdırmalara kimin dəvət olunacağı ilə bağlı hələlik açıqlama verə bilməyəcəm. Zamanı gəlincə ictimaiyyət rəsmi qaydada məlumatlandırılacaq”.