"VƏTƏN" Bloku vahid namizədini müəyyən edib
Amma perspektivdə əməkdaşlıq daha geniş formatda və daha əhatəli olacaq.
Belə ki, Ədalət partiyasından prezidentliyə namizədliyi irəli sürülən İlyas İsmayılovu "VƏTƏN" Bloku özünün vahid namizədi elan edib.
İslam Partiyasının da seçkilərdə İlyas İsmayılovu dəstəkləyəcəyi gözlənilir.
Seçkilərdən sonra isə İslam partiyasının "VƏTƏN" Blokunda tam hüquqlu üzv kimi fəaliyyəti gözlənilir.
M. Güləliyevin sözlərinə görə bu partiyaların bir siyasi blokda birləşməsi çox vacibdir.
Belə ki, bu partiyaların hər üçünün proqramı, hədəfi və siyasi mübarizə motivi demək olar ki, üst-üstə düşür.
"Bu partiyaları birləşdirən məqamlar, onları fərqləndirən məqamlardan xeyli çoxdur" deyən Mayis Güləliyev bu partiyaların "VƏTƏN" Siyasi Blokunda ciddi müvəffəqiyyətlər əldə edəcəyinə əmin olduğunu gizlətməyib.
Teqlər: