Milli Şuranın sessiyasının vaxtı bəlli oldu
Hazırda sessiyanın çağırılması üçün Milli Şuranı təsis edən partiya və şəxslərin razılığı alınır.
Bilidirilir ki, Milli Şuranın sessiyasının gündəliyindəki əsas məsələ prezident seçkiləri ilə bağlı olacaq və MŞ-nin vahid namizədi Cəmil Həsənlinin namizədliyinin qeydə alınması üçün aparılan imza toplanışı kampaniyasının gedişi müzakirə olunacaq, siyasi fəallar üçün əlavə vəzifə və tapşırıqlar müəyyən ediləcək.
Bundan başqa, Milli Şura "El" hərəkatının rəbərlərinə qarşı başladılmış repressiya dalğasına qiymət verəcək, hakimiyyətin müxalifət liderlərini siyasi mötivlərlə təqib etməsinə etiraz bildirəcək.(musavat)
Teqlər: