Azərbaycan mətbəxi Türkiyədə nümayiş olunacaq
Məqsəd müxtəlif ölkələrin zəngin mətbəxini təbliğ etmək, unudulmuş yemək ləzzətlərini təkrarən xatırlamaq və yeni yeməkləri araşdırmaqdır.
Festival çərçivəsində aşpazlar arasında “Anadolu ləzzəti” adlı müsabiqə keçiriləcək. Tədbir iştirakçıları yemək, xəmir işi və şirni kateqoriyalarında bacarıqlarını nümayiş etdirəcəklər. Müsabiqədə ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.
Festivala gələnlər müxtəlif ölkələrin yeməklərini dada biləcəklər.