`Seçkilər ictimai-siyasi sabitliyin fonunda gedir`
AzVision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov yap.org.az saytına verdiyi müsahibəsində deyib.
O, qeyd edib ki, ancaq qəti qənaət budur ki, Azərbaycan vətəndaşlarının ictimai-siyasi sabitliyə böyük önəm vermələri, həmçinin dövlətin dinclik və əmin-amanlığı qorumaq iqtidarında olması bu cür qərəzli niyyətlərin reallaşmasına izin verməyəcək.
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan bu gün dünyanın ən sabit ölkələrindən biridir:
`Hesab edirəm ki, Azərbaycan vətəndaşları son 10 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Məhz bu gün də Azərbaycan prezident seçkilərinə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir`.