Rezidentura imtahanında iştirak edənlərin nəzərinə
Qeyd edək ki, qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi 2013-cü il sentyabrın 9-da, ikinci mərhələsi 2013-cü il sentyabrın 10-da baş tutacaq.
Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.
İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.
İmtahana gələrkən namizədlər aşağıdakı sənədləri özləri ilə şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini gətirməlidirlər. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qadağandır.
Sevinc İLTİFATQIZI
Teqlər: