İbrahimbəyov indi də kassasiya şikayəti verir

İbrahimbəyov indi də kassasiya şikayəti verir
  02 Sentyabr 2013    Oxunub:1098
Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov apelyasiya şikayətinin təmin olunmamasından kassasiya şikayəti verəcək.

Bu barədə Rüstəm İbrahimbəyovun vəkili vəkil Fuad Ağayev deyib.

Avqustun 30-da Bakı Apelyasiya Məhkəməsi Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasının qərarından şikayətinə baxıb. Şikayət təmin olunmayıb.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası avqustun 27-də Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiqləməyib. Onun Rusiya vətəndaşı olduğu, son 10 ildə Azərbaycanda 3 ildən bir az çox yaşadığı əsas gətirilib.

Rüstəm İbrahimbəyov MSK-nın qərarının qanunsuz sayılmasını istəyir. (mediaforum)


Teqlər:





Xəbər lenti