Tanınmış jurnalist Mikayıl Cabbarova səsləndi

Tanınmış jurnalist Mikayıl Cabbarova səsləndi
  02 Sentyabr 2013    Oxunub:1676
Tanınmış jurnalist Könül Şamilqızı qızının məktəb direktoru tərəfindən təhqir olunduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə məlumat verib. Həmin yazını təqdim edirik:

“Mətbuat vasitəsilə sizlərin və dostlarımın da məlumu olduğu kimi, qızım bu il keçirilən test imtahanlarında 685 bal toplayıb və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Attestat qiymətlərinin hamısı əla, orta məktəbin buraxılış imtahanlarının nəticələri əla olmasına baxmayaraq, qızım qızıl medal üçün namizəd göstərilməyib. Oxuduğu Daş Salahlı kənd 1 saylı orta məktəbin direktoru, qızımın olimpiada nəticəsi olmadığı üçün belə bir haqqı olmadığını bildirib. Ancaq ele bu il, olimpiada nəticəsi olmayan ve mənim qızımdan daha az - 608 bal toplayan başqa bir şagird qızıl medala layiq görülüb. Ancaq əsas məsələ bu deyil. Mənim qızıl medalım qızımın göstərdiyi nəticədir!

Əsas məsələ, mənim 17 yaşlı övladımın bu gün Qazax rayonunda təhsil şöbəsi müdirinin, millət vəkili Əhməd Vəliyevin və diger yetkililərin də iştirakıyla keçirilən toplantıda aşağılanması, incidilməsidir. Yüksək bal topladığı və məktəbinin, rayonunun etibarını artırdığı üçün təşəkkür edilmesi lazımkən yalan danışmaqda ittiham edilməsidir. Əvvəlcə 1 saylı məktəbinn direktoru Kamil Yusifov müavininə “Təhsil şöbəsi Ülkərin yalan danışdığını, 685 bal toplamadığını deyir” deyib. Cavabında bunun bilgisayardan çox asanlıqla araşdırılacaq bir şey olduğu bildirilib. Bu cavaba baxmayaraq Qazaxda keçirilən toplantıda qızımın adı belə çəkilməyib (ondan aşağı bal toplayanların adları tək-tək çəkilib). Amma mühüm olan bu da deyil. Daş Salahlı kənd 2 saylı məktəbin direktoru Ulduz Mancanov qızıma yaxınlaşaraq her kəsin içində `Sən niyə yalan danışırsan, 685 bal toplamamısan` deyə ittiham edib. Qızımın israrla `dəqiqləşdirə bilərsiniz` deməsine baxmayaraq, ittihamlarını davam etdirib ve `elə olsa, prezident təqaüdü alardın, sən yalan danışırsan”- deyə aşağılayıb.

Bu aşağılamaların və ayrı-seçkiliyin səbəbini anlamaqda çətinlik çəkirem. Ve hörmetli Təhsil Nazirinə sual edirəm: Bu ayrı-seçkiliyin səbəbi mənim müxalif jurnalist, qızımdan aşağı neticələr göstərməsinə rəğmən qızıl medal alan şagirdin valideyni dövlət məmuru (Maliyyə İdaresinde çalışdığı bildirilir) olmağımdırmı? Bu aşağılıq davranışın səbəbi mənim sizin təmsil etdiyiniz hakimiyyətə müxalif olmağımdırmı?

Mən Azərbaycan vətəndaşıyam, imkanlarım olduğu halda övladımın da istəyini nəzərə alaraq Azərbaycanda - öz ölkəsinde təhsil almasını istədim. Bu qədər tez peşman olacağımı güman etmirdim. Ümid etmək isteyirəm ki, Qazaxda yaşanan bu iyrənc ayrı-seçkilik qızımın bundan sonra universitetdə qarşılaşacağı ayrı-seçkiliyin siqnalı olmaz. Olacaqsa da bunun mesuliyyətinin təhsil sistemi rəhbərliyinin və hörmətli Mikayıl Cabbarovun üzərində olacağını indidən bəyan edirəm!”


Teqlər:  





Xəbər lenti