Namazov 2 saat Prokurorluqda dindirilib
Bu dəfə E.Namazov bir saatdan artıq dindirilib. Vəkil Elçin Sadıqov “musavat.com”a bildirib ki, günorta saat 14.00-da başlanan dindirmə təxminən 16 radələrinədək davam edib: “Dindirilmə bir saatdan çox davam edib. Sonunda Eldar Namazov ifadə verdikdən sonra bildirildi ki, artıq dindirilmə bitib. Onlar dindirilmənin aparılan araşdırma ilə bağlı olduğunu qeyd edirlər. Bu, cinayət işi deyil. Əflan İbrahimovun bəyanatları ilə bağlı suallar verildi.
Ə. İbrahimov kütləvi informasiya vasitələrində “Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.
Teqlər: