Elmar Məmmədyarov Böyük Britaniyaya gedir

Elmar Məmmədyarov Böyük Britaniyaya gedir
  02 Sentyabr 2013    Oxunub:1113
Nazir Elmar Məmmədyarov Böyük Britaniyaya səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 3-5 sentyabr tarixlərində xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olacaq.

Səfər əsnasında nazir Elmar Məmmədyarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, parlamentin xarici əlaqələr və enerji məsələləri üzrə komitələrinin üzvləri və BP şirkətinin Baş icraçı direktoru Lamar Makkey ilə görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində, həmçinin nazir Elmar Məmmədyarovun Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda çıxışı və Böyük Britaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşləri də planlaşdırılır.


Teqlər:





Xəbər lenti