Millət vəkili ona`kafir`deyənin cavabını verdi

Millət vəkili ona`kafir`deyənin cavabını verdi
  03 Sentyabr 2013    Oxunub:1140
“Eynar Mahmudov adlı bir geri zəkalı mənim statusumu paylaşaraq bildirib ki, hava proqnozunun Allaha nə dəxli?”
AzVision.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa onun statusunu paylaşaraq “cəhalət, ateistler, kafirlər. Siz kimsiniz ki, Allahın əvəzinə hava proqnozu verirsiniz ?” deyə fikirlər yazan facebook istifadəçisi haqqında yazıb.

F.Mustafa bunları qeyd edib:

“Altından da ürəyindən keçən məntiqsiz şərhləri öz düşüncəsinə yaxınlarla yazmış. Bir cahilə Allaha hər şeyin aid olduğunu isbatlamağı başqa vaxta buraxıram. Ancaq yazdığım mətnə diqqət yönəltmək istəyirəm: "Necə olur ki, Allahın əvəzinə havanı keyfiyyətini müəyyənləşdirib millətin təhsil alma vaxtını qısaldırsınız?" Göründüyü kimi burada hava proqnozunun müəyyənləşdirilməsindən söhbət getmir. Sadəcə istiliyin keyfiyyətindən söhbət gedir, yəni belə istilərdə məktəbə getmək mümkündür, yoxsa mümkün deyil. Demək ki, bu kimi geri zəkalılar mətni istədikləri kimi təhrif etməkdən zövq alırlar. Olsun. Ancaq yaponlara bildirmək lazım gələcəkdir ki, əgər zəlzələni, sunamini tam şəkildə proqnozlaşdırmaq istəyirlərsə, Azərbaycana gəlib bu şəxslərlə mütləq məsləhətləşsinlər”.

Fazil Mustafa bir müddət əvvəl dərslərin sentyabrn 15-də deyil, 1-də başlaması təklifi ilə çıxış edərək qeyd edib ki, bu gün sentyabr ayının 2-si. Bakıda hava küləklidir, sərindir və narın yagış yağır. Bəs deyirdiniz sentyabrda istidən çölə çıxmaq olmur? Məktəblilərin və tələbələrin böyük əksəriyyəti Bakıda yaşayır. Necə olur ki, Allahın əvəzinə havanı keyfiyətini müəyyənləşdirib millətin təhsil alma vaxtını qısaldırsınız?”


Teqlər:





Xəbər lenti