MDB-dən olan müşahidəçilər Elmar Vəliyevlə görüşüblər
MDB PAA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da nümayəndəsi Aydın Cəfərov, MDB PAA Beynəlxalq Monitorinq İnstitutunun direktor müavini Andrey Baranov çıxış edərək Azərbaycan Respublikası Milli Məclisinin dəvəti ilə Azərbaycan Respublikası prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirmək üçün respublikaya gələn MDB PAA-nın ekspert qrupunun qarşısında duran vəzifələrdən danışmış və qeyd ediblər ki, MDB PAA sədrinin tapşırığına əsasən seçkilərə kimi ekspert qrupunun üzvləri regionlarda olacaq, seçkilərə hazırlığın vəziyyəti və onun Azərbaycanın Seçki Qanunlarına uyğun keçirilməsi vəziyyəti barədə müşahidə aparacaqdır. Bu müddət ərzində dairə seçki komissiyalarında qanunun aliliyinin təminatı, seçki məntəqələrində hazırlığın vəziyyəti, həmçinin seçkilərin demokratik keçirilməsində inzibati orqanların fəaliyyəti, Konstitusiyanın tələblərinə əməl edilməsi, müxalifət partiyalarının seçkilərdə fəallığına yaradılan şəraitlə bağlı ətraflı məlumat toplanacaq.
Səfərinin ikinci günü MDB PAA-nın monitorinq qrupunun üzvləri Gəncə şəhərindəki seçki komissiyalarında, habelə bir sıra məntəqələrdə seçkiyə hazırlığın gedişi ilə tanış olublar. Ekspertlər, həmçinin YAP Gəncə Şəhər Təşkilatında da olublar. YAP Şəhər Təşkilatının sədri Naqif Həmzəyev nümayəndə heyətinə təşkilat haqqında geniş məlumat vermiş, seçkilərə hazırlıqla bağlı sualları cavablandırıb. Qrupun üzvləri YAP şəhər Təşkilatında görülən işlərlə bağlı razılıqlarını bildirmişlər. Ekspertlər Ümid partiyasının qərargahında da olmuş, partiya fəalları ilə söhbətlər aparıblar.
Teqlər: