Pakistanın tarixində ilk dəfə

Pakistanın tarixində ilk dəfə
  09 Sentyabr 2013    Oxunub:1128
Ölkə prezidenti Asif Əli Zərdari postunu öz xoşu ilə tərk edib
"Associated Press" xəbər verir Pakistan prezidenti Asif Əli Zərdari öz postunu tərk edir. Beləliklə, Zərdari ölkə tarixində ilk dəfə olaraq, səlahiyyət müddəti bitdikdən sonra istefaya gedən dövlət başçısıdır. 58 yaşlı Asif Əli Zərdari Pakistan prezidenti postunda 2008-ci ildən Pakistan xalq Partiyası hakimiyyətə gələndən bəri çalışır. Bu partiyanın keçmiş lideri Benazir Bhutto olub. Asif Əli Zərdarinin həyat yoldaşı Benazir Bhutto 2 dəfə ölkənin baş nazir vəzifəsində çalışıb. 2007-ci ildən o, basqın nəticəsində qətlə yetirilib.

Zərdarinin varisi Məmnun Hüseyndir. Pakistanın yeni dövlət başçısının inaqurasiyası bu gün keçiriləcək.

Hüseyn ölkənin iri sahibkarlarından sayılır və Pakistanda iqtidara gələn "Müsəlman liqası-H"partiyasının təmsilçisidir. O, 30 iyulda bundan əvvəl may ayının 11-də ümumi seçkilər yolu ilə forlamaşdırılmış parlament tərəfindən seçilib.


Teqlər:





Xəbər lenti