Putini öldürmək istəyən cəzalandırıldı

Putini öldürmək istəyən cəzalandırıldı
  11 Sentyabr 2013    Oxunub:1097
Qəsd iştirakçıları Putinin kortejinin yolunda avtomobil partlatmaq istəyiblər
Moskva şəhər məhkəməsi Rusiyada prezident seçkiləri zamanı Vladimir Putinə qəsdə hazırlıqda günahlandırılan İlya Pyanzinə 10 il həbs kəsib. Rusiya mətbuatına görə, prokuror məhkəmədən 15 il iş istəyib.

Pyanzin isə məhkəmə ilə əlaqəyə girərək etiraf edib və öz günahını yumşaltmağa çalışıb. Qəsd 2012-ci il mart ayında Rusiyadakı prezident seçkitlərindən dərhal sonra həyata keçirilməli idi. Qəsd iştirakçıları Putinin kortejinin yolunda avtomobil partlatmaq istəyiblər. Qəsdçi qrupun daha bir üzvü - Adam Osmayev hazırda Ukraynadadır və onun işinə Odessanın Primorsk rayon məhkəməsi baxır. İstintaqın məlumatına görə, Putinə qarşı hazırlanan qəsd barədə 2012-ci ilin fevralında məlum olub.


Teqlər:  





Xəbər lenti