Diplomatik səylər nəticə verməsə...

Diplomatik səylər nəticə verməsə...
  11 Sentyabr 2013    Oxunub:958
ABŞ prezidenti Barak Obama bu halda Suriyaya qarşı məhdud hərbi əməliyyataların başlanacağını bildirib
ABŞ prezidenti Barak Obama Suriya məsələsi ilə bağlı televiziya ilə xalqa müraciət edib.Barak Obama Suriya hökumətinin kimyəvi silahdan istifadə etdiyini bir daha əminliklə söyləyib. Onun sözlərinə görə bundan sonra Suriyaya mümkün müdaxilə məsələsi gündəmə gəlib.Birəlşmiş ştatlar prezidenti Suriyaya qarşı hərbi əməliyyatların məhdud xarakter daşıyacağını deyib. Bununla belə Ağ ev rəhbəri Rusiyanın Suriyada kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi ilə bağlı təklifindən sonra hərbi əməliyyatlar barədə konqresdə müzakirələri təxirə salmaqla bağlı müraciət edib.Barak Obama:

"Konqressdən Suriyaya mümkün müdaxilə ilə bağlı səsverməni təxirə salmağı xahiş etmişəm.Hələlik diplomatik səylər nəzərdən keçirilir. Dövlət katibi Con Kerriyə cümə axşamı günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək tapşırığı vermişəm.Mən isə vəziyyətlə bağlı Vladimir Putinlə müzakirələri davam etdirəcəm."

Barak Obama deyib ki, Rusiyanın təşşübüsündə Suriya münaqişəsini hərbi müdaxilə olmadan həll etmək üçün potensial var.Bundan əvvəl açıqlama verən birləşmiş ştatların dövlət katibi Con Kerri bildirib ki, Vaşinqton Rusiyanın təşbüsünün reallaşmasını çox gözləmək niyyətində deyil.Rusiya prezidenti Vladimir Putin isə Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə verilməsi ilə bağlı Moskvanın təşəbbüsün ABŞ və müttəfiqlərinin bu ölkəyə qarşı mümkün müdaxilə fikrindən daşınması halında reallaşa bilcəyini deyib.Bu arada BMT təhlükəsizlik şurasının Suriya ilə bağlı keçirilməsi planlanlaşdırlan fövqəladə toplantısı qeyri-müəyyən müddətə təxirə salınıb.Qeyd edək ki, təcili iclasın keçirilməsi təşəbbüsü ilə Rusiya çıxış etmişdi.


Teqlər:





Xəbər lenti