Nalbandyan və Füle görüşdü

Nalbandyan və Füle görüşdü
  13 Sentyabr 2013    Oxunub:1157
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb.
AzVision.az Ermənistanın XİN mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Avropa komissarı Ştefan Füle sentyabrın 5-də Brüsseldə başladıqları müzakirələri davam etdiriblər. Ermənistanın xarici işlər naziri ölkəsinin Avropa İttifaqı ilə bütün mümkün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

Nalbandyan Ermənistanın Rusiyanın təşəbbüsü ilə yaradılan Gömrük İttifaqına daxil olmasının səbəblərini AB rəhbərliyinə izah etməyə çalışıb.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti